Hindistan Arktikada serial çəkməyi təklif edib
Hindistana Arktikada serial çəkməyi təklif ediblər.
Bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) "Arktikugol" şirkətinin baş direktoru İldar Neverov bildirib. Neverovun sözlərinə görə, şirkət tanınmış hind prodüserləri ilə danışıqlar aparır və onlara çəkiliş yeri kimi Rusiyanın Svalbard zonası təklif olunacaq. "Arktikugol"un rəhbəri mümkün çəkilişləri hansı prodüserlərlə müzakirə etdiyini və hansı serialdan danışdığını dəqiqləşdirməyib.
"Biz Bollivudun Svalbard'a gəlməsi üçün danışıqlar aparırıq" - deyə şirkət rəhbəri vurğulayıb.
Arktikada çəkilmiş "Exit" filminin ən yaxşı qısametrajlı sənədli film nominasiyasında Oskar üçün qısa siyahıya düşdüyü daha əvvəl bildirilmişdi. Film hər il Çukotkaya morjların miqrasiyasını müşahidə etmək üçün gələn bioloq Maksim Çakilevin hekayəsindən bəhs edir - alim bir gecədə minlərlə heyvanın sahilə çıxmasına nəyin səbəb olduğunu anlamağa çalışır.