Kristofer Nolan "Oppenheimer" filminə görə "Oskar" alıb


Britaniyalı və amerikalı rejissor Kristofer Nolan "Oppenheimer" filminə görə "Oskar" alıb.


96-cı "Oskar" mükafatlandırma mərasimi Los-Ancelesdə baş tutub və "ABC News" tərəfindən canlı yayımlanıb.

“Oppenheimer” dramı 13 nominasiya üzrə namizəd olub, onlardan yeddisində qalib olub. Film aktyorluq və kamera işi, rejissorluq, montaj və musiqi baxımından ən yaxşı kimi tanınıb.

“Oppenheimer” dramı da “İlin ən yaxşı filmi” nominasiyasında ABŞ Akademiyası “Oskar” mükafatını alıb.

Ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” filmi “Ən yaxşı sənədli bədii film” nominasiyasında Oskar qazanıb. Xarici filmlər arasında mükafat Britaniyanın “Maraq zonası” filminə verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu