Yaponlar "Oppenheimer"in "Oskar" qazanmasına sərt reaksiya verib


Yaponiyada insanlar 78 il əvvəl şəhərlərini yerlə-yeksan edən atom bombasının hazırlanması yarışından bəhs edən "Oppenheimer" filminə görə ən yaxşı film nominasiyasında "Oskar" mükafatına layiq görülməsinə sərt reaksiya göstəriblər.



Fizik J. Robert Oppenheimerin həyatından bəhs edən bioqrafik film dünya üzrə 954 milyon dollar gəlir əldə edərək həftə sonu ABŞ Akademiya Mükafatlarında 7 Oskar qazanıb.

Lakin II Dünya Müharibəsinin sonlarına doğru ABŞ Xirosima və Naqasakiyə hücum edərkən nüvə bombası ilə bombalanan yeganə ölkə olan Yaponiyada film nümayiş olunmayıb.

Bir qrup elm adamının atom bombası hazırlama prosesindən bəhs edən film 2023-cü ilin iyul ayında bir çox ölkədə nümayiş olunsa da və film yalnız ayın sonunda Yaponiyada tamaşaçılarla görüşəcək.

Atom bombasının "insan dəyərini ört-basdır etdiyi" üçün tənqid edilən filmin məzmunu və tanıtımı ilə bağlı müzakirələr səbəbilə Yaponiyada nümayişi gecikdiyi bildirilir.

Yaponiya vətəndaşları 78 il əvvəl yaşadıqları şəhəri yerlə-yeksan edən atom bombasının hazırlanmasından bəhs edən “Oppenheimer” filminin mükafatlandırılmasına sərt münasibət bildiriblər.

Yaponların çoxu martın 29-da öz ölkələrində nümayiş olunacaq filmə baxmadan qiymətləndirmələrin kifayət etməyəcəyini deyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu