Suriyada 22 ABŞ hərbçisi yaralanıb


İyunun 1-də Suriyada helikopterin qəzaya uğraması nəticəsində 22 ABŞ əsgəri yaralanıb.


Bu barədə ABŞ Mərkəzi Komandanlığının “Twitter”dəki rəsmi səhifəsində məlumat verilib.

“22 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar müalicə olunur. 10 nəfər Mərkəzi Komandanlığın hüdudlarından kənarda yerləşən yüksək səviyyəli müəssisələrə təxliyə edilib”, - deyə nazirlikdən bildirilib.

Qeyd olunur ki, qəza iyunun 1-də ölkənin şimal-şərqində baş verib. Hazırda hadisənin səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu