Tokio hava limanında təyyarələr toqquşub


Tokionun Haneda hava limanı iki təyyarənin toqquşması səbəbindən müvəqqəti bağlanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, uçuş-enmə zolağı yenidən açılıb.

İnsident müvafiq olaraq Banqkok və Taypeyə uçmalı olan "Thai Airways" və Tayvanın "Eva Airways" şirkətlərinə məxsus təyyarılır arasında baş verib. Onların içərisində 460 sərnişin olub, heç kim xəsarət almayıb.

Hadisəni əks etdirən kadrlarda təyyarələrin qanadlarının zədələndiyi görünür. İlkin məlumatlara görə, "Thai Airways" aviaşirkətinə məxsus təyyarə qanadı ilə digər stasionar təyyarəyə dəyib. Hadisə nəticəsində Hanedadan uçuşlar təxminən bir saat gecikib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu