Kolumbiya cəngəlliyində tapılan uşaqlar Boqotaya aparılıb


Kolumbiya Hərbi Hava Qüvvələri təyyarə qəzasından 40 gün sonra cəngəllikdə tapılan uşaqların ölkənin paytaxtına aparıldığını bildirib.


"Həyat üçün yarışın! Xilas edilmiş yerli azyaşlılar helikopterdə aeromedikal nəqliyyat mütəxəssisləri ilə birlikdə Kolumbiya Hərbi Hava Qüvvələrinin təcili yardımına köçürülür. Onlar uçurlar... Boqotaya”

AFN.az xəbər verir ki, bu barədə Kolumbiya Hərbi Hava Qüvvələri tvitter hesabında yazıb.

Bundan əvvəl Kolumbiya prezidenti Qustavo Petro may ayında qəzaya uğrayan və 40 gün cəngəllikdə qalan "Cessna 206" təyyarəsinin sərnişini olan 4 uşağın sağ tapıldığını təsdiqləyib. Uşaqların susuz qaldığı və həşərat dişləmələrindən əziyyət çəkdikləri bildirilir. Uşaqlar - 13, doqquz, dörd və bir yaşlarında olub. Mənbələrin məlumatına görə, uşaqları əsgərlər və yerli əhali tapıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu