İtaliyada muzeydən 60 il əvvəl oğurlanmış rəsm hərracda tapılıb


İtaliyanın Civico Ala Ponzone muzeyindən 60 il əvvəl oğurlanmış rəsm əsəri rəssam hərracda tapılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Hollandiyadakı hərracların birində aşkarlanan rəsm əsəri Qaleazzo Kampinə aid olub.

1959-cu ildə itkin düşmüş əsər Hollandiyanın Zeeland əyalətində tapılıb. Bildirilir ki, muzey işçisi Kampinin işini hərracda tanıyıb, bundan sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Polisin bildirdiyinə görə, rəsm əsərini hərraca çıxaran şəxs onun bir müddətdir özündə olduğunu deyib. Lakin rəsmin haradan gəldiyini xatırlaya bilməyib.

"Bizim üçün ən önəmlisi işin tapılmasıdır. İtalyanlar çox sevindilər", - deyə polis sözçüsü Riçard Bronsveyk bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu