Türk Hava Yolları Qətərə satılıb? - AÇIQLAMA


Türk Hava Yollarının baş direktoru Bilal Ekşi "THY Qətərə satılıb" iddiaları ilə bağlı açıqlama verib.


AFN.az xəbər verir ki, Ekşi Twitter hesabında bunları deyib:

"Sosial medianın davamlı suallarına əsaslanaraq milli sərvətimiz olan THY ilə bağlı yalan və əsassız məlumatlar həm mətbuat müşavirimiz, həm də Kommunikasiya Müdirliyi tərəfindən təkzib edilib". O, “Günahı aşkar olan zənn etibarlı deyil” ifadələrini işlədib.

Cumhurbaşkanlığı Dezinformasiya ilə Mübarizə Kommunikasiya Mərkəzi Müdirliyindən verilən açıqlamada, "Bəzi sosial media hesablarında paylaşılan "Türk Hava Yolları Qətərə satıldı" iddiası doğru deyil. Türk Hava Yolları heç bir şirkətə və ya ölkəyə satılmır" deyə qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu