2016-cı ildə Əl-Qaidə tərəfindən qaçırılan avstraliyalı həkim sərbəst buraxılıb


2016-cı ildə Əl-Qaidə tərəfindən qaçırılan avstraliyalı həkim sərbəst buraxılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penny Vong 88 yaşlı Kennett Elliottun sərbəst buraxıldığını və vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Avstraliyalı Dr. Kennett Elliott 40 il sağlamlıq klinikasına rəhbərlik etdiyi Burkina Fasodan həyat yoldaşı Coselin ilə Əl Qaidə yaraqlıları tərəfindən qaçırılıb. Coselin üç həftə sonra sərbəst buraxılıb, lakin Dr. Elliott həbsxanada saxlanılmağa davam edib.

Nazir Vonq verdiyi açıqlamada, "Dr. Kennet Elliottun Qərbi Afrikada yeddi ildən çox həbsdən sonra azad edildiyini bildirməkdən məmnunam. Dr. Elliott təhlükəsiz və sağlamdır, həyat yoldaşı Coselin və uşaqları ilə yenidən birləşib. Elliott ailəsi kimi, Avstraliya hökuməti də Dr. Elliottun azad edilməsi üçün yorulmadan çalışdı".

Dr. Elliottun ailəsi isə 88 yaşlı həkimin istirahətə və sağalmağa ehtiyacı olduğunu bildirərək, "Avstraliya hökumətinə və onun azad edilməsi üçün vaxt ayıran hər kəsə təşəkkür edirik" - deyə açıqlama verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu