Avstraliyalı siyasətçilər Assacın ekstradisiyası prosesini dayandırmaq üçün ABŞ-a gedirlər


Avstraliyalı siyasətçilər ABŞ-ın məxfi sənədlərini üzə çıxarmaqda ittiham olunan Avstraliya vətəndaşı, Wikileaks saytının yaradıcısı Culian Assancın ekstradisiyasının qarşısını almaq üçün Vaşinqtonda danışıqlar aparacaq.


Altı siyasətçi, o cümlədən Avstraliyanın keçmiş baş nazirinin müavini Barnabi Coys Assancın ABŞ-a ekstradisiyasını dayandırmaq üçün Vaşinqtonda ABŞ Dövlət Departamenti, Ədliyyə Departamenti, Nümayəndələr Palatasında və Senatda yüksək səviyyəli danışıqlar aparmağı planlaşdırır.

Vaşinqtona səfər edən nümayəndə heyətinin tərkibində olan Avstraliya Nümayəndələr Palatasının üzvü Monique Ryan mətbuata verdiyi açıqlamada, Assancın azadlığının təmin edilməsinin çox vacib olduğunu düşünən siyasətçiləri təmsil etdiklərini və Assancın sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

Nümayəndə heyətinin ABŞ-dakı görüşləri çərçivəsində Assancın ekstradisiya edilməməsi ilə bağlı Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU) və bəzi digər qeyri-hökumət təşkilatları da lobbiçilik edəcək.

Maraqlıdır ki, sözügedən səfər Avstraliyanın baş naziri Entoni Albanezin oktyabr ayına planlaşdırılan Ağ Evə səfəri ilə eyni vaxta təsadüf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu