Böyüməyini dayandıra bilmirlər: "Nəhəng körpə" görənləri şoka salır


Son dərəcə nadir xəstəliklə dünyaya gələn körpəsini qucağına alan ana şoka düşüb. O, qızının başının illər keçdikcə üç dəfə artdığını və onu sağaltmaq üçün heç bir tədbir görülmədiyini deyib.


Ana Adalgisa Soares Alvesin ilk övladı olaraq Braziliyada dünyaya gələn Qrazili hidrosefali diaqnozu ilə doğulub.

Qrazilinin beynində mayenin yığılması nəticəsində yaranan təzyiq nəticəsində zədələnən başının böyüməsini dayandırmaq olmur. Həkimlərin cəmi 3 ay yaşayacağını təxmin etdiyi Qrazili həyata möhkəm yapışmağı bacarıb və həyat uğrunda böyük mübarizəni davam etdirir.

48 yaşlı Alves qızına hamilə olan zamanı anormal vəziyyət müşahidə etdiyini deyib. "Daim şiddətli mədə ağrıları yaşayırdım. Mən bir şeyin düzgün getmədiyini hiss edirdim" - deyə ana bildirib.

Doğuşdan sonra həkimlər Qrazilinin danışma, yerimə, görmə və eşitmə qabiliyyətinin olmayacağını deyiblər. Lkin Alves onunla hər gün sevgiylə davrandığını bildirib: "Mən Qrazilyə sadiqəm. Onun gülüşünü görmək mənim üçün kifayətdir. Onun yanında olduğum üçün çox xoşbəxtəm".

İndi 29 yaşlı, hər gün xəstəliklə mübarizə aparan Qrazilinin başı üç dəfə böyüyüb və artıq yeriyə və danışa bilmir. O, bu yaxınlarda görmə qabiliyyətini də itirib.






























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu