ƏƏSMN Eldar Mahmudova məxsus olduğu deyilən şirkətə tender verdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN() mətbəə məhsulları və qovluqların satın alınması ilə bağlı tenderə yekun vurub.


AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "İndiqo” MMC olub. Nazirliklə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 52 109, 04 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.

İddialara görə, "İndigo” MMC şirkətin 3 payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus "Halal" MMC-dir.

Şirkətin üçüncü payçısı isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinovdur. O, əvvəllər "Halal" MMC-də işləyib, daha sonra "İndigo" mətbəəsini yaradıb. Nizami Şirinovun "İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir.

2021-ci ildə şirkət ölüm hadisəsi ilə gündəmə gəlib. Mətbəənin Xəyyam Təhməzov adlı işçisi hidravlik pressin arasında qalması nəticəsində ölüb.

Bu hadisə ilə bağlı yayılan məlumatlarda da "İndigo” MMC-nin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi əks-kəşfiyyat idarəsinin rəisi olmuş general Nizami Şirinova məxsus olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu