Pakistanda etiraz aksiyalarında 300-ə yaxın etirazçı yaralanıb
Pakistanda etiraz aksiyalarında 300-ə yaxın insan yaralanıb.
AFN.az-ın "Doon" qəzetinə istinadən verdiyi xəbərə görə, Pakistanda müxalifət lideri İmran Xanın həbsindən sonra bu həftə başlayan etirazlarda azı 8 nəfər ölüb, 290 nəfər yaralanıb.
Nəşr qurbanlara səbəb olan və ölkə üzrə 2000-ə yaxın adamın saxlanıldığı hadisələrin təfərrüatları barədə məlumat verməyib.
Qeyd edək ki, mayın 9-u və 10-da ölkənin müxtəlif şəhərlərində etirazçılar hökumət binalarına, ordu obyektlərinə hücum edib, polis maşınlarını yandırıblar.