Rusiyada etiraz aksiyalarında saxlanılanların sayı 400-ə yüksəldi
Rusiyalı müxalifət lideri Aleksey Navalninin saxlandığı həbsxanada vəfat etməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyalarında saxlanılanların sayı 400-ə yüksəlib.
Cümə günü müxalifət lideri Aleksey Navalninin saxlandığı həbsxanada ölməsindən sonra Rusiyada bütün ölkə boyu etirazlar davam edir. Navalni tərəfdarlarının 32 şəhərdə təşkil etdiyi etirazlarda saxlanılanların sayı 400-ə yüksəlib.
OVD-İnfo etiraz monitorinq qrupunun verdiyi açıqlamada, ən çox həbs Navalni tərəfdarlarının cəmləşdiyi Sankt-Peterburqda olub. Sankt-Peterburqda 200-dən çox adamın saxlanıldığı vurğulanıb.