Dərslikdə olmayan mövzu məktəbdə tədris edilə bilməz - nazirlik nümayəndəsi


Bütün tapşırıqlar dərsliklərdən olmalıdır. Əgər dərslikdə mövzu varsa, bunun elmi, metodoki-pedaqoji izahı var.


AFN.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov canlı yayımda bildirib. Əməkdaşımızın rus dilli məktəblərdə 1-ci sinif şagirdlərinə alt-alta toplama-çıxma misallarının keçilməsi ilə bağlı sualını cavablandırarkən O.Abbasov bildirib ki, əgər bu mövzu dərsliklərdə yoxdursa, tədris olunmamalıdır: "Biz bu məsələni araşdırmalıyıq. Yaxşı olar ki, dəqiq fakt verilsin. Lakin onu dəqiq deyə bilərəm ki, məktəblərdə tədris dərsliklər üzrə gedir. Dərsliklər də dövlətin müəyyənləşdirdiyi standartlar əsasında təşkil edilir".
Qeyd edək ki, jurnalist Gülnar Nazimqızı sosial şəbəkələrdə 1-ci sinif şagirdlərinə alt-alta toplama-çıxmanın keçildiyini bildirmişdi. Bunu rus dilli məktəbdə müşahidə etdiyini deyən jurnalist 1-ci sinif üçün həddən artıq ağır mövzu olduğundan şikayətçidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu