Messi üzrxahlıq videosu yaydı
Səudiyyə Ərəbistanına icazəsiz getdiyi səbəbi ilə PSJ-dən kənarlaşdırılan Liones Messi yayımladığı videoda komanda yoldaşlarından üzr istəyib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın Paris Saint-Germain (PSJ) komandasında çıxış edən dünya şöhrətli futbolçu Lionel Messi sosial media hesabında video paylaşıb.
Klub rəhbərliyinin icazəsi olmadan Səudiyyə Ərəbistanına gedən və heyətdən kənarlaşdırılan Messi paylaşımında komanda yoldaşlarından üzr istəyib.
Argentinalı ulduz açıqlamasında "Hər oyundan sonra olduğu kimi komandaya icazə veriləcəyini düşünürdüm. Səudiyyə Ərəbistanına səfər təşkil etmişdim, daha əvvəl ləğv etdiyim üçün daha ləğv edə bilməzdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə bağlı qərarını gözləyirəm”.
Messinin üzr istəməsindən sonra PSJ rəhbərliyinin qərarında dəyişiklik olub-olmayacağı maraqla gözlənilir.