​​​​​​​Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub


Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub.


“Report” “Aysor”a istinadən xəbər verir ki, ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsi vətəndaşın müraciəti əsasında əməliyyat keçirib.

Məlumata görə, Ermənistan vətəndaşı pasport almaq üçün Silahlı Qüvvələrdə qeydiyyata düşmək istəyib. Bunun üçün ondan 150000 dram (700 manat) rüşvət istəyiblər. Nazirliyin vəzifəli şəxsi həmin vətəndaşdan göstərilən məbləği alarkən tutulub.

Komitə vətəndaşın və nazirliyin əməkdaşının adını açıqlamayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu