Gəntiyə çıxan kəndlilər qaya boyda göbələk tapdılar - FOTOLAR


Türkiyənin Elazığ bölgəsində gəzintiyə çıxan kəndlilər ağ qayaya bənzəyən obyekt görüblər.


Əvvəlcə ehtiyat edən insanlar obyektə yaxınlaşarkən onun nə olduğunu gördükdə məəttəl qalıblar. Kənd sakinləri belə bir hadisəni rayonda ilk dəfə gördüklərini bildiriblər. Başkil rayonunun Hacı Hüseynlər kəndində tapılan bu "ağ qaya" göbələk imiş.

Belə böyük göbələyi ilk dəfə gördüklərini bildirən kənd sakinləri təəccüblərini gizlədə bilməyiblər.

Kəndlilər göbələyi kəsərək evlərinə aparıblar. Həmçinin fotolarını çəkib sosial mediada yayıblar.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu