İnam Kərimov ədalətli Ali Məhkəmə sədri ola bilər, amma... - ŞƏRH


Hazırda kənd təsərrüfatı naziri postunu tutan İnam Kərimovun Ali Məhkəməyə sədr gətiriləcəyi bildirilir. Artıq onun Ali Məhkəmənin hakimi təyin edilməsilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılaraq müvafiq komitənin iclasında baxılıb. Sabah məsələ plenar iclasda müzakirə ediləcək.


AFN.az xəbər verir ki, REAL-ın sədr müavini Natiq Cəfərli məsələni şərh edib. O bildirib ki, Azərbaycanda siyasi iradə, hökumətin istəyi olsa, ən tez və effektiv islahatı hakimiyyətin məhkəmə qolunda aparmaq olar: "Bu haqda dəfələrlə yazıb-danışmışıq, yanaşma belə olmalıdır: Məhkəmə hakimiyyətində islahatlar ən yuxarı instansiyadan – Ali Məhkəmədən başlamalıdır, ilk bu qurumda ədalətli qərarvermə mexanizmi yaradılandan sonra aşağı instansiyalardan Ali Məhkəməyə daxil olan ədalətsiz qərarlar pozulub ilkin instansiyalara qaytarılacaq, rayon (şəhər) məhkəmələrində rüşvətlə, tapşırıqla qərarların verilməsinin mənası qalmayacaq. Yəni, əgər Ali Məhkəmə hüququn üstünlüyünü əsas götürüb ədalətsiz qərarları pozacaqsa, aşağı instansiyalara heç kim rüşvət verməyəcək, heç kim qərara müdaxilələr üçün zəng etməyəcək. Bunun üçün isə siyasi iradə olmalıdır".
N.Cəfərlinin sözlərinə görə, Ali Məhkəməyə sədr və 41 hakim ədalətli və müstəqil qərar verən insanlar təyin edilsə, alt məhkəmə qərarlarında avtomatiq dəyişikliklər olacaq: "Rüşvət və zəng mənasızlaşacaq. Bir də, hakimlərin sayı azdır, artırılmalıdır, maaşları da çox yüksək olmalı, sistem kökündən ədalət üzərinə inşa edilməlidir. Çünki ədalətli məhkəmə sistemi olmasa, rəqabətli iqtisadiyyat və rifah da olmayacaq".
Ekspert qeyd edib ki, İnam Kərimov yaxşı təhsilli hüquqşünas və bacarıqlı menecerdir: "Siyasi iradə olsa, ədalətli Ali Məhkəmə sədri də ola bilər. Yəni, Məhkəmə Hakimiyyətinə İNAM yaratmaq üçün bir tək sədrin adı yetərli deyil, alınacaq qərarlar da önəmli olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu