Məşhur aktyor şnorkellə üzərkən boğularaq öldü - VİDEO

"McLeod's Daughters" serialı ilə tanınan 66 yaşlı avstraliyalı aktyor Piter Hardi Avstraliyanın qərbindəki South Beach-də şnorkellə üzərkən boğulub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, huşsuz halda dənizdən çıxarılan aktyoru xilas etmək mümkün olmayıb. Xəbəri onun qardaşı Maykl Facebook-da açıqlayıb.
Bir neçə məşhur film və seriallarda rol alan Piter Hradi həmçinin Avstraliyada 1500-dən çox klipdə oynayıb.