Kuznetsov Rusiyanı saxta sənədlərlə tərk edib


Teatr və kino aktyoru Aleksandr Kuznetsov qismən səfərbərlik zamanı Rusiyadan getməsi üçün saxta sənədlər hazırlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o özü etiraf edib.

“Kept Women” və “Heart of Parma” seriallarının ulduzuna çevrilən aktyor bildirib ki, əvvəlcə 2022-ci ilin mart ayının əvvəlində Rusiyanı tərk edib, lakin sonra bir neçə dəfə geri qayıdıb. Qismən səfərbərlik başlayandan sonra isə mühacirət etmək qərarına gəldi. Onun saxta sənəd hazırlamasına səbəb isə Ermənistanda çəkiləcəyi kino olub. Elə erməni rejissorun ona bu işdə "yardımı" dəyib.

Aktyor qeyd edib ki, sərhədi keçərkən çağırış vərəqəsi aldığını deyərək onu saxlamağa çalışıblar. Lakin Kuznetsov yalan danışıb ki, o, orduda xidmət etməyə yaramır.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra bir çox tanınmış sənət adamları və jurnalistlər Rusiyanı tərk ediblər. Xüsusilə, Alla Puqaçeva və Maksim Qalkinin, İvan Urqant, Renata Litvinova və bir çox başqalarının getməsi mediada müzakirə edilib.

21 sentyabr 2022-ci il tarixindən etibarən Rusiyada qismən səfərbərlik edildikdən sonra isə ölkədən qaçanların sayı-hesabı yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu