Ramzan Kadırovun atını oğurladılar


Çexiyanın qərbindəki Krabçitse kəndində 16 yaşlı Zazu adlı at oğurlanıb.


Yerli hakimiyyət orqanları bunun Çeçenistanın rəhbəri Ramzan Kadırova məxsus atlardan biri olduğunu təsdiqləyib.
Polis heyvanın dəyərini təxminən 400 min çex kronu (bu, təxminən 18 min ABŞ dolları) dəyərində qiymətləndirir.
"Jezdci.cz" xəbər poryalının hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, oğurluq hadisəsi martın 4-dən 5-nə keçən gecə baş verib. Oğru at tövləsinə daxil olmağı bacarıb və sonra onun qoruyucu zəncirini açaraq qaçırıb.
Darhorse damazlıq fermasının sahibi Rostislav Kopetski jurnalistlərə araşdırmanın aparıldığını təsdiqləsə də, bu əsasda əlavə şərh verməkdən imtina edib.
Çexiyanın Maliyyə Nazirliyi nəşrə açıqlamasında atın Ramzan Kadırova məxsus olduğunu bildirsə də əlavə şərh verməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu