Türkiyədə futbolçular arasında əlbəyaxa dava oldu - FOTOLAR
Türkiyənin 2-ci liqasının Bəyaz Qrupunda 23-cü turun "Bursaspor"-"Amedspor" oyunundan əvvəl qalmaqal yaşanıb.
Musavat.com xəbər verir ki, qarşılaşmadan əvvəl iki komandanın futbolçuları arasında gərginlik yaranıb.
Qarşılaşmanı təxminən 40 min "Bursaspor" azarkeşi izlədiyi halda, qonaq komandanın azarkeşləri təhlükəsizlik səbəbilə stadionda iştirak edə bilməyib. Meydançanın xaricində və daxilində geniş təhlükəsizlik tədbirləri görülərkən, matç öncəsi iki komandanın futbolçuları arasında qarşıdurma yaşanıb. "Amedspor"un futbolçuları stadionu yoxlamaq üçün meydana çıxanda tribunalarda "Bursaspor" azarkeşlərinin etirazı ilə qarşılanıb.
"Amedspor"un bəzi futbolçularının azarkeşlərə cavab verməsi ilə gərginlik artıb. Daha sonra Bursasporlu futbolçular meydana çıxıb. İki komandanın futbolçuları arasında baş verən davaya polis müdaxilə edib. Meydanda baş verən dava polisin müdaxiləsi ilə sona çatarkən, hər iki komandanın futbolçuları paltardəyişmə otağına qayıdıblar.
Amedspor futbolçuları soyunub-geyinmə otağına daxil olarkən tribunadan stadionun mərkəzinə doğri plastik butulkalar atılıb.
Davadan sonra hadisə ilə bağlı araşdırma başlanılıb və aidiyyəti şəxslər işdən kənarlaşdırılıb.