İranda molla rejiminə qarşı çıxan ictimai şəxslər belə cəzalandırılıb


Güney azərbaycanlı vəkil Əsgər Məhəmmədi Süngün mis mədəni işçilərinin hüquqlarını müdafiə etdiyinə görə basqılara məruz qalıb.


Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu haqda Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Sina Yusifi məlumat verib.

Qəzvin əyalətinin Xurrəmdəşt bölgəsində ingilis dili müəllimi işləyən İsmayıl Xudayari işdən qovulub. İnzibati xətaların araşdırılması üzrə birinci kollegiyanın qərarı ilə azərbaycanlı müəllim barəsində "hökumətə qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb və onun fəaliyyətinə qadağa qoyulub.

Yəsuc şəhərinin əsas meydanında keçirilən etiraz aksiyasına qatıldıqdan sonra həbs edilən və daha sonra zaminə buraxılan qız Anahita Ramzaniyan həbs cəzasının icrasını gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu