AZƏRTAC-ın keçmiş əməkdaşı intihara cəhd etdi


AZƏRTAC-ın keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib.


AFN.az xəbər verir ki, bu barədə onun həmkarları bildiriblər. A.Əliyevanın həyat yoldaşı faktı təsdiqləyərək bildirib ki, o, çoxlu sayda dərmanlar içib. Jurnalist hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, Aygün Əliyeva Facebookda tənqidi status yazdığına görə işdən çıxarılıb, məhkəməyə şikayət edib. Ali Məhkəmə onun haqlı olduğunu təsdiqləyib. Amma sonradan öz qərarını ləğv edərək Apellyasiya Məhkəməsinə göndərib. Jurnalist işinə düzgün baxılmayacağı təqdirdə intihar edəcəyilə bağlı əvvəlcədən elan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu