Deputat parlamentdə AZƏRTAC-ın jurnalistinin məsələsini qaldırdı


Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında AZƏRTAC-ın keçmiş müxbiri Aygün Əliyeva ilə bağlı məsələni qaldırıb.


AFN.az-ın xəbərinə görə, deputat bildirib ki, jurnalist mediada açıqlama verərək intihar edəcəyini deyib: "Mən o müxbirlə əlaqə saxladım dedim ki, çalışacağam sənin hüquqlarını müdafiə edim. Mən demişdim ki, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmamalıdır. AZƏRTAC isə publik hüquqi şəxsdir və oranın rəhbərliyi siyasi tərəf tuta bilir. Aygün Əliyeva öz adı ilə yox, başqasının adı ilə Operativ Qərargahı tənqid edən yazı yazıb deyə araşdırıb onu işdən çıxarıblar. Bu qadının siyasi motivlərlə işdən çıxarılması məhkəmə qərarları ilə də görünür. Hesab edirəm ki, məhkəmə sistemində nizam-intizam yaradılmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu