Azərbaycanda intihar hallarının sayı azalıb - Baş prokurorluq
Azərbaycanda intihar və intihara cəhd hallarının sayı azalıb.
AFN xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən Geniş Kollegiya İclasında bildirilib. Qeyd edilib ki, intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalmışdır.
Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3% azalmışdır.
Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.