Azərbaycanda bir gecədə 34 zəlzələ baş verdi - VİDEO


Azərbaycanda zəlzələ baş verib.


Yeraltı təkan yerli vaxtla 06:25-də Saatlı stansiyasından 20 km şimal-qərbdə, İmişlidə qeydə alınıb.

Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, maqnitudası 3,6-ya bərabər olan zəlzələnin ocağı 52 km dərinlikdə yerləşib.

Mərkəzin direktoru Qurban Yetirmişli zəlzələnin hiss olunmadığını qeyd edib.

“Bu gecə ölkədə 34 təkan olub. Yaxın günlər üçün dağıdıcı zəlzələ ehtimalı yoxdur”, - deyə Q.Yetirmişli əlavə edib.

Ətraflı Baku TV-nin videosunda:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu