ABŞ gələcək Ukrayna ordusunu qurmaq fikrindədir
"Birləşmiş Ştatlar təkcə döyüş meydanında ukraynalı müdafiəçilərin qazanması üçün lazım olacaq silahları deyil, müharibə bitdikdən sonra Rusiyanı cilovlamaq üçün onlara nə lazımdır deyə düşünür".
AFN.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland belə deyib. O, bildirib ki, Ağ Ev həmçinin həm də gələcəyin Ukrayna ordusunu qurmaq haqqında düşünür. Xanım Nuland Vaşinqtonun yaxın vaxtlarda Kiyevi döyüş təyyarələri və ya ATACMS raketləri ilə təmin edib-etməyəcəyi ilə bağlı heç nə deməyib. Bununla belə, bu cür silahların Rusiyanın qarşısının alınması üçün istifadəyə verilə biləcəyi təklifinin gündəmdə olduğunu deyib.
“Rusiyanı təkrar təcavüzdən saxlaya bilmək üçün Ukraynanın mükəmməl, sabit hava hücumundan müdafiə sisteminə malik olması lazımdır. Onların daha güclü sərhəd müdafiəsinə, daha yaxşı radarlara və bir daha işğala məruz qalmamasına əmin olmaq üçün erkən xəbərdarlıqlara ehtiyacı olacaq”, - deyə Viktoriya Nuland vurğulayıb. Diplomatın sözlərinə görə, Rusiya diktatoru Vladimir Putin və ya ona bənzər biri hakimiyyətdə olduğu müddətdə hətta müharibə başa çatsa da, onun həqiqətən də bitdiyinə əmin olmaq mümkün deyil: "Beləliklə, ədalətli dünya varsa, uzunmüddətli plan olmalıdır və gələcəyin Ukrayna ordusunu qurmalıdır ki, onlar Putinin gələcək iştahını cilovlaya bilsinlər".