Nuland dövlət katibinin birinci müavini vəzifəsində müvəqqəti olaraq Şermanı əvəz edəcək


ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland təqaüdə çıxan Vendi Şermanın yerinə müvəqqəti olaraq dövlət katibinin birinci müavini vəzifəsini icra edəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda dövlət katibi Entoni Blinken bildirib.

"Prezident Bayden Viktoriya Nulanddan növbəti birinci köməkçimiz təyin olunana qədər katibin birinci köməkçisi vəzifəsində işləməsini xahiş etdi. Biz şanslıyıq ki, öz təcrübəsi, bacarığı və Dövlət Departamentinə sadiqliyi ilə əlavə öhdəliklər götürə bilən diplomatımız var" - deyə Blinken qeyd edib.

Dövlət katibi Şermanın son iş gününün iyulun 28-i olacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu