"Aeroflot" Avropada 12 mülkünü satışa çıxarıb


"Aeroflot Group" Macarıstan, Kipr, İsveç, Norveç, Danimarka və Belçikada 12 əmlakını satışa çıxarıb.


AFN.az xəbər verir ki, satışla bağlı elanlar yerləşdirilib. Bu barədə “Aviatorshchina” layihəsi məlumat verib. Şirkətin satışa çıxardığı ən bahalı obyekt 2072 kv.m sahəsi olan çoxmənzilli yaşayış binasıdır. Kiprin Larnaka şəhərində 834 kv. ərazidə yerləşən obyektin bazar dəyəri 1,9 milyon avrodur. “Obyekt Larnaka şəhərinin Skala bölgəsində dənizə və Psarolimano limanına (təxminən 300 m) yaxın ərazidə yerləşir. Kastela çimərliyinə məsafəsi təxminən 500 metrdir. Obyektin yaxın ətrafı yaşayış sahəsi ilə təmsil olunub. Sosial və turizm infrastrukturudur” - deyə elan təsvirində deyilir. Obyekt 1990-cı ildə tikilib, rekonstruksiyaya ehtiyacı var.

Bahalı obyektlər arasında Osloda 79,5 kv.m sahəsi olan üç otaqlı 905 min avro dəyərində mənzil, həmçinin Budapeştdə 463 min avro dəyərində ofis də var.

2022-ci ilin yazından tətbiq edilən sanksiyalara görə "Aeroflot" Avropaya uçuşları dayandırıb. Şirkətin Avropa daşınmaz əmlakının bir hissəsi əsas olmayan aktivlər siyahısına daxil edilib. Şirkət əmlakın saxlanması üçün əlavə xərc çəkməməkdən ötrü ondan xilas olmaq istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu