Rusiya Azərbaycana yaxın iki ildə mane olmayacaq


Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün verdiyi maraqlı açıqlama ilə diqqət mərkəzindədir.


“Rossiya-24” telekanalına müsahibəsində o, “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” cümlələrini işlədib. Rusiya XİN rəhbərinin bu açıqlaması Azərbaycan tərəfində birmənalı qarşılanmayıb. Belə ki, AFN.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu Lavrovun dilindən ilk dəfə belə fikir eşitdiyini bildirib: "Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər həqiqəti söyləmədilər, işğal barədə cümlə işlətmədilər".
Sergey Lavrov müsahibəsində Ermənistanın ünvanına başqa bir sıra tənqidi fikirlər də səsləndirib. E.Şahinoğlunun fikrincə, bunlar Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir: "Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayırlar. Paşinyanı cəzalandırmağın ən münasib yolu Azərbaycana hədəflərinə çatmaqda mane olmamaqdır. Bütün hallarda Lavrovun torpaqlarımızın işğaldan azad edilmsəyilə bağlı fikirləri erməni saytlarında da yayılıb".
Siyasi şərhçi bildirib ki, Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu