Türkiyədə səfirliklərin bağlanmasının şok səbəbləri - Süleyman Soylu açıqladı


İstanbulda Hollandiya baş konsulluğundan sonra Almaniya, Fransa, Belçika və İngiltərə baş konsulluqları da bağlanıb. Konsolluqlar təhlükəsizlik səbəbiylə ictimaiyyətə bağlı olacaqlarını açıqlayıblar.


AFN.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu konsulluqların bağlanmasını "Türkiyəyə qarşı psixoloji müharibə" kimi dəyərləndirib. “Bir kəşfiyyatçı bir ölkəyə məlumat satıb, İŞID hücumu ola biləcəyi ilə bağlı Türkiyəyə qarşı psixoloji müharibə aparılır” - deyə nazir bildirib. Nazir bununla bağlı 15 nəfərin saxlandığını, 5 nəfərin artıq həbs edildiyini açıqlayıb: "Fərqli bir ölkənin kəşfiyyatçısı, İŞID üzvü olduğu güman edilən bir neçə şəxsə Türkiyədə iş təklif edib. Türkiyə dövləti o prosesi diqqətlə izlədi. Təklif etdikləri şəxsləri işə götürdülər, sonra da bu "işçi", hansı ki, biz kəşfiyyat nümayəndəsi olduğunu düşünürük, Türkiyəni tərk etdi. O da əldə etmək istədiyi sonucları ala bilməyincə, ilk reaksiya və məlumatı verəb ölkəyə məlumat ötürüb. Sonra da Türkiyədə İŞID hücumu ola biləcəyi ilə bağləı məlumatlarla ölkəmizə qarşı psixoloji müharibə aparılır. O adamın kim olduğunu biz yaxşı bilirik. İstədikləri adamları həbsdən çıxarda bilməyən səfirlər Türkiyəyə hüquq əməliyyatı reallaşdırmağa çalışanlar, bizim kimliyini bildiyimiz səfirin təşkilatçılığı ilə ölkəmizə bir terror əməliyyatı gerçəkləşdirməyə çalışır. Hər şey bu qədər açıqdır".

Nazir bildirib ki, Türkiyəyə 60 milyon turistin gəlməsi hədəflənən gündə ölkəyə yeni psixoloji müharibəyə başlamaq qərarı verilib. "Biz beynəlxalq əməliyyatla üz-üzəyik" deyən Soylu daha sonra üzünü həmin səfirliklərə tutub: "Əgər bu qədər məlumatınız varsa, niyə ovucunuzda olan İstiqlal küçəsinə PKK və YPG-nin hücumu ilə bağlı Türkiyəni məlumatlandırmadınız? İstiqlal küçəsində təşkil etdiyiniz və arxasında baş verən partlayışı niyə Türkiyə ilə bölüşmədiniz?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu