Narışkin: NATO-nun Rusiyanın strateji məğlubiyyətinə olan ümidləri özünü doğrultmayacaq
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, NATO Rusiya üçün strateji məğlubiyyət xəyal edərək Ukraynadakı qarşıdurmada payını artırır.
AFN.az OTR-ə istinadən xəbər verir ki, Narışkin NATO-nun bu ümidlərinin özünü doğrultmayacağını qeyd edib. Onun sözlərinə görə, Qərb son ukraynalıya qədər döyüşmək niyyətindədir. “Biz Kiyev rejiminə verilən hərbi texnikanın, o cümlədən hücum silahlarının həcminin və çeşidinin genişlənməsini qeyd edirik. Məntiq isə onunla izah olunur ki, ABŞ və onun müttəfiqləri son Ukrayna torpağına qədər Rusiyaya qarşı müharibədə "xərcləmək" niyyətindədirlər”.