Erməni əsgərin meyiti tanındı


Yanvarın 27-də Azərbaycan tərəfindən İrəvana təhvil verilmiş erməni əsgərin meyitinin kimliyi məlum olub.


AFN.az xəbər verir ki, söhbət sentyabr döyüşləri zamanı həlak olan Vahe Torosyandan gedir. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Hor Abramyan “NEWS.am”a müsahibəsində belə deyib.

Qeyd edək ki, meyitin qalıqları Qarakilsə rayonunun Laçın rayonu ilə sərhəddində yerləşən Aşağı Hənd kəndi istiqamətində ərazidən çıxarılıb. Sonuncu dəfə sentyabrın 15-də yaralı Vahe dostu ilə əlaqə saxlayıb və Aşağı Hənddə olduğunu deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu