Erməni əsgərinin meyiti ekspertiza olunur


Ötən ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhəddində ölmüş erməni əsgərin qalıqları üzərində məhkəmə-tibb həkimləri müvafiq ekspertiza aparır.

AFN.az xəbər verir ki, yanvarın 27-də Azərbaycan tərəfinin təhvil verdiyi hərbçinin qalıqlarının şəxsiyyətinin Ermənistanda müəyyənləşdirilməsi prosesi gedir. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Hor Abramyan məlumat verib.
"Məhkəmə və məhkəmə genetik ekspertizaları təyin edilib. Hazırda şəxsiyyətin müəyyənləşdirilməsi prosesi davam edir".
Erməni əsgərin 2022-ci ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu istiqamətində öldüyü bildirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu