Tovuzda azyaşlıya seksual hərəkətlər edən şəxsin istintaqından ŞİKAYƏT - VİDEO(YENİLƏNİB)


Tovuz rayonu Əlibəyli kənd sakini Vəliyev Elşad Əkbər oğlu şikayətçidir.


AFN.az xəbər verir ki, o, azyaşlı oğlan övladına qonşusu tərəfindən təcavüz edildiyini, lakin istintaqın düzgün aparılmadığını bildirib: "Qonşum Tağıyev Qəmbər Şahin oğlu azyaşlı övladıma qarşı seksual hərəkət edib. Telefona çəkib, şantaj edib. Mən bütün respublikaya müraciət edirəm, daxili işlər naziri Vilayət Eyvazova tuturam özümü, xahiş edirəm, işə obyektiv baxılsın. Məni Tovuz rayon polis şöbəsinə çağırdılar, dedilər ki, telefon ekspertiza edilib, heç nə çıxmayıb. Bildirdilər ki, bu iş 4 ay uzadılıb, amma heç nə tapılmayıb. Telefondan videolar silinib. Adını qoyublar ki, heç nə yoxdur. Bu əməli törədənin atası Tağıyev Şahin mənə ismarıc göndərib ki, hər şey pulun başındadır. Sənin ləyaqətini, şərəfini pulla almışam, sən eləcə şərəfsiz yaşayıb öləcəksən. Mən oğlumu çıxaracam, sənin oğlun da şərəfsiz olacaq. Mən kasıb adamam, heç nəyim yoxdur, amma o imkanlıdır".

E.Vəliyevin videomüraciəti ilə ətraflı BURADAN tanış ola bilərsiniz.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist Arifə Əliyeva yayıb. Onun müdaxiləsinə qədər baş verənlərin üstü ört-basdır edilməyə çalışılıb.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətindən bildirilib ki, Tovuz Rayon Polis Şöbəsində həmin fakt üzrə Cinayət Məcəlləsinin 150.3.3 madəsi ilə cinayət işi başlanıb: "Şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Polis Şöbəsində istintaq zamanı bütün sübutlar toplanılaraq istintaq yekunlaşıb və Tovuz Rayon Prokurorluğuna göndərilib. Toplanmış materiallar məhkəməyə göndəriləcəkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu