Azyaşlı övladının yanında erotik yayım edən qadın saxlanıldı
Övladı ilə sosial media hesabında yayımlanan və nalayiq görüntülərini paylaşan H.K. polis tərəfindən saxlanılıb.
AFN.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. İstanbul Sultanbəylidə 2 uşaq anası H.K. adlı qadın azyaşlı övladının yanında sosial media hesabından canlı yayım açıb. Yayım zamanı nalayiq görüntülər verən H.K.-nın yayımı sosial media istifadəçilərinin etirazına səbəb olub.
Görüntülərin sosial mediada yayılmasından sonra İstanbul Şəhər Prokurorluğu tərəfindən “ədəbsiz davranış” cinayəti çərçivəsində istintaq başladılıb.
Prokurorluq tərəfindən səs yazısını hazırlayan və yayımlayan şübhəlinin barəsində həbs-qətimkan tədbiri seçilib. H.K. Kibercinayətkarlıqla Mübarizə İdarəsinin qrupları tərəfindən saxlanılıb.