Finlyandiya və İsveçin sonuncu iki ümidi


Finlyandiya və İsveç NATO-ya üzv olması ilə bağlı məsələ xeyli müddətdir gündəmdədir.


Bunun üçün Türkiyənin razılığı alınmalıdır ki, o da müəyyən səbəblərdən hələlik baş tutmur. Proseslə bağlı Türkiyənin haqlı tələbi var: “Ölkənizdəki terrorçuları bizə təhvil verin”. Lakin nəinki bu tələb yerinə yetirilir, hətta PKK uzantıları bu iki ölkədə fəallaşıblar, üstəgəl İsveçdə Türkiyə səfirliyi qarşısında Quranın yandırılması Stokholmun NATO-ya üzvlüyünü daha da mürəkkəbləşdirib. Türkiyədə bunun qarşılığında İsveçin bayrağını yandırıblar.
Politoloq Elxan Şahinoğlu bildirib ki, hazırki vəziyyətdə İsveçin və Finlyandiyanın iki ümidi qalıb: "Birinci ümidləri onadır ki, Vaşiqnton Ankaraya təzyiqi artırıb bu iki ölkənin Şimali Atlantika Blokuna üzvlüyünü sürətləndirsin. Misal üçün yayılan xəbərlərə görə, ABŞ Türkiyəyə satacağı F-16 hərbi təyyarələri əvəzinə Ankarının İsveç və Finlyandiyanın NATO üzvlüyünə razılığını almalıdır. Ancaq Vaşinqton bu xəbərləri təsdiqləməyib. Helsinki və Stokholmun ikinci ümidi mayda Türkiyədə keçirilən prezident seçkisində Rəcəb Tayyib Ərdoğana məğlub olmasınadır. Hesab edirlər ki, Ərdoğanın yerinə fərqli siyasətçi olarsa NATO-ya üzvlük məsələsi həll olunacaq. Bu hesabların nə dərəcədə özünü doğruldacağını seçkidən sonra biləcəyik. Hər halda seçkiyə qədər Ankaranın mövqeyi dəyişməyəcək və İsveçlə Finlyandiya NATO üzvü ola bilməyəcəklər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu