İsveçin baş naziri: "Qərarı Türkiyə verəcək"


İsveçin baş naziri Ulf Kristersson mühüm açıalqmalarla çıxış edib.


AFN.az xəbər verir ki, Kristersson NATO-nun Türkiyə ilə danışıqlarının normal şəkildə davam etdiyini və müsbət nöqtədə olduğunu bildirib.

Paytaxt Stokholmda Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişellə görüşən İsveç baş naziri görüşdən sonra birgə mətbuat konfransında önəmli açıqlamalar verib. Kristersson, "Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməkdə müsbət nöqtədə olduğunu düşünürəm. Sonda qərarı Türkiyə verəcək" - deyə bildirib.

28 NATO ölkəsinin İsveçin NATO üzvlüyünü təsdiqlədiyini xatırladan Kristersson, "Hər ölkənin ratifikasiya prosesinə hörmətlə yanaşırıq. İsveç və Finlandiya Türkiyə ilə Üçlü Memorandumun öhdəliklərini yerinə yetirir. Daha əvvəl də qeyd etdiyimiz kimi, Türkiyənin İsveçdən tələb etdiyi ekstradisiyalarla bağlı məhkəmələr qərar verir. Türkiyənin bizim haqqımızda verəcəyi qərara hörmət edirəm" - deyə baş nazir açıqlamasını davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu