İranda üç qadın jurnalist saxlanılıb
İranda üç qadın jurnalist saxlanlıb.
Bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb.
Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Məlumata görə, onlar Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də itiham olunurlar.
İran insan hüquqları fəallarının məlumatına görə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.