“Ayaqyolunun olmamasına etiraza görə töhmət yolverilməzdir” – Deputat


İmişlinin deputatı Razi Nurullayev raonun Aranlı kənd orta məktəbində ayaqyolu olmamasına etraz edən və töhmət alan Leyla müəlliməni ziyarət edib və dəstəkləyib.


AFN.az bildirir ki, bu barədə deputat açıqlama yayıb.
“Bütün məktəblərdə bu və ya digər cəhətdən problemlər var. “Ayaqyolu yoxdur” deyən müəlliməni məzəmmət etmək, töhmət vermək yolverilməzdir. Töhməti müxtəlif yollarla, hüquqi son geyindirməklə əsaslandırmaq olar və artıq bu edilir. Lakin, hər kəs bilir ki, uşaqların məktəbə gəlməməsini istəyən müəllimə bunu ritorik olaraq deyir, məsələyə diqqət çəkir və çəkə də bilib. Bu ayrıca bir uğur hekayəsidir”-deyə deputat vurğulayıb.
R.Nurullayev bildirib ki, müəllimə dövlətə, hökumətə, xalqa və konkret şəxslərə qarşı çıxmayıb, o məktəbə təhsil üçün göndərdiyimiz fidan balaların gələcəyi üçün həyəcan təbili çalıb: Mən İmişli rayonunun deputatı olaraq Leyla xanımı dəstəkləyir və yanındayam”.
Deputat qeyd edib ki, ölkədə yeni məktəblər tikilir, təmir edilir və elə müəllimənin işlədiyi Aranlı kənd məktəbi də bu il tikilməyə namizəddir: “Amma, bu həqiqəti görüb susmağa, yalan danışmağa, yaltaqlanmağa və şəxsi mənfəətini düşünməyə əsas ola bilməz. Bütün Azərbaycan boyu məktəblərdə olan xırda problemləri həll etmək üçün əsaslı pul ayrılmasını, yeni məktəb tikintisini və sairəni gözləməyə ehtiyac yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu