Deputat yas mərasimlərinə icazə verilməsini təklif edib
“Bu gün 150 nəfərin iştirakı ilə toy mərasimləri keçirilir. Hesab edirəm ki, yasların da 100-150 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilməlidir. Operativ Qərargah bu məsələyə baxmalıdır”.
Bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat ümid edir ki, bu məsələ ilə bağlı yaxın günlərdə dəyişiklik olacaq.