Rayonlara qar yağır - FAKTİKİ HAVA


Yanvarın 7-nə saat 17:00-a olan məlumatına əsasən Qubada, Gədəbəydə, Daşkəsəndə, Qusarda, Altıağacda, Xaltanda qar yağır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s olub.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.0 metrə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu