Sərxoş motosikletçi qəza törətdi- VİDEO


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


AFN.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib.

Belə ki, hadisə zamanı Məmmədov Asim Məmməd oğlunun idarə etdiyi motosiklet Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə, hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydalarının tələblərini pozması olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu