Milyonlarla twitter istifadəçisinin e-poçt ünvanları internetə sızdı


Twitter sosial media platformasının milyonlarla istifadəçisinin e-poçt ünvanları internetdə dərc olunub.


AFN.az BBC-yə istinadən xəbər verir ki, "Hudson Rock" kibertəhlükəsizlik firmasının direktorlarından olan Alon Qal hakerlərin milyonlarla twitter istifadəçisinin məlumatlarını ələ keçirdiyini bildirib. Qal, ələ keçirilən məlumatlar arasında 200 milyondan çox twitter istifadəçisinin elektron poçt ünvanlarının olduğunu bildirib.

Elektron poçt ünvanlarının ələ keçirilməsinin çox təhlükəli olduğunu bildirən Qal, bu vəziyyətin twitter hesablarının ələ keçirilməsinə və istifadəçilərin kimliklərinin açıqlanmasına səbəb ola biləcəyinə diqqət çəkib.

“Ryushi” adından istifadə edən hakerin ötən həftə 400 milyon Twitter istifadəçisinin e-poçt və telefon nömrələrini ələ keçirdiyi iddia edilir.

Hakerin məlumatların şirkətə təhvil verilməsi və silinməsi üçün twitter-dən 200 min dollar tələb etdiyi iddia edilirdi.

Bu arada, Twitter hazırda məlumatların pozulması ilə bağlı araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu