Elon Mask ABŞ hökumətini ifşa etdi: Senzura üçün milyonlar xərcləyir


Twitter-in sahibi Elon Mask ABŞ hökumətinin ictimaiyyətdən gələn məlumatları senzura etmək üçün sosial media şəbəkələrə milyonlarla dollar ödədiyini deyib.


AFN.az-ın "Anadolu"ya istinadən xəbərinə görə, Elon Mask twitter-dəki son yazısında bildirib ki, “Twitter Files” bölməsinin 7-ci hissəsindəki məlumatlar üçün Federal Təhqiqat Bürosunun (FTB) məmurları senzura və digər tələbləri yerinə yetirməkdən ötrü twitter və digər sosial media platformalarında çalışanlara milyonlarla dollar əlavə haqq ödəyiblər.

Müstəqil jurnalist Maykl Şellenberqer Maskın tvitində "FTB-nin twitter-ə təsir kampaniyası üçün iş vaxtından artıq işləyən işçilərə milyonlarla dollar ödəməsi faktdır" deyə reaksiya verib. O, gizli xidmətin 2019-2021-ci illər arasında 3 milyon 415 min 323 dollar ödədiyini sənədləşdirən daxili yazışmaların ekran görüntüsünü paylaşıb.

Başqa bir yazıda İlon Mask Nümayəndələr Palatasının Kəşfiyyat İdarəsinin sədri Adam Şiffə “Siz Nümayəndələr Palatasının Kəşfiyyatının sədri kimi ABŞ Konstitusiyasını birbaşa pozan gizli dövlət senzurasını təsdiqləmisinizmi?” - deyə sual edib. ABŞ qəzetlərini hədəf alan Mask, qəzetlərin sadəcə internetdə axtarış verib material çap etdiklərini deyib.
Son iki həftə ərzində Elon Mask Twitter-in daxili sənədlərini araşdıran və dərc edən bir qrup jurnalistin açıqlamalarını dəstəklədiyini də bildirib. Twitter-in yeni icraçısı və müstəqil jurnalistlər tərəfindən “Twitter Faylları” adlandırılan bu tvitlər sosial şəbəkənin keçmiş administrasiyasının mühafizəkarları siyasi baxışlarına görə bilərəkdən susdurduğunu sübut etmək cəhdi hesab olunur.

Müstəqil jurnalist Maykl Şellenberq dünən Elon Mask tərəfindən retweet edilən twitter dosyalarının 7-ci bölümündə FTB-nin San Fransisko xüsusi agenti Elvis Chanın twitter işlədicilərinə təzyiq edərək, başda ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin dosyesi olmaqla bəzi mövzularla bağlı istiqamət verməyə çalışdığını qeyd etmişdi.
Mask daha əvvəl twitter-in baş məsləhətçisinin müavini və keçmiş FTB baş müşaviri Ceyms Beykeri ictimai dialoq üçün vacib olan məlumatların məhdudlaşdırılmasında rolunun olması ehtimalı ilə bağlı narahatlığını əsas gətirərək işdən çıxarmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu