Türkiyədə universitet əməkdaşları qəzaya düşdü - Ölənlər və yaralananlar var


Türkiyənin Mardin şəhərində universitet əməkdaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb. Qəza nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.


Musavat.com haberler.com-a istinadən xəbər verir ki, qəzaya avtomobilin idarəetmədən çıxaraq aşması səbəb olub.

6 nəfərin ölümü ilə nəticələnən qəzanın Midyat-Ömerli avtomobil yolunda baş verdiyi bildirilir.

Əraziyə polis və təcili yardım briqadaları gəlib. Yaralılar yaxınlıqda olan xəstəxanalardan birinə çatdırılıblar.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu