Avropalı komissardan sülhəməramlılara mesaj


Laçın dəhlizində ictimai asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh olan şəxslər təcili olaraq bu yolda hərəkətin bərpası və humanitar vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün bütün zəruri tədbirlər görməlidir.


AFN.azın məlumatına görə, bu haqda Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu