Vəzifədən gedənlər rahat həyatlarını yaşayırlar - deputatdan etiraz


Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyədə olarkən maraqlı etirafda bulunduğunu deyib.


Deputat nazirin Şuşa əməliyyatı ilə bağlı planı Prezidentin geri çevridiyini və öz planını masaya qoyduğu barədə dediklərini xatırladıb. Bildirib ki, bu etiraf ölkə Prezidentinin həm də çox yüksək səviyyəli hərbi mütəxəssis olduğunu sübut etdi və Şuşanın azadlığı əməliyyatı dövlət başçısının hərbi zəkasının məhsuludur. Deputatın sözlərinə görə, yaxşı ki, Şuşa əməliyyatı bizim müdafiə nazirinin hazırladığı plan üzrə keçirilməyib. “Kaş ki, aprel döyüşlərində, Tərtər hadisələrində də bu planları geri çevrirərdi. Geri çevrilməyən planlar bir çox hallarda xüsusi təyinatlıların, bizim qəhrəman əsgər və zabitlərin itkisinə səbəb oldu”.

F.Mustafa qeyd edib ki, bizdə gedənin dalınca danışmazlar sözü var, amma bir çox hallarda gedənlər öz rahat həyatını yaşayırlar. Deputat bu günlərdə keçmiş əməliyyat rəisinin müsahibə verdiyini, ağır itkilərlə müşayiət olunan hadisələrin başında kimlərin durduğunu dediyini, hətta birbaşa Nəcməddin Sadıqovu suçladığını xatırladıb: “İndi biz burda hakimlərin təqdimatı məsələsinə baxacağıq. Maraqlıdır ki, bizim hüquq mühafizə orqanları ya keçmiş əməliyyat rəisini, ya da baş qərargah rəisini ittiham etməliyik. Bunu etməliyik ki, şəhid olan hərbçilərimizin haqqını qaytaraq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu